Tayler Hirro "Miluoki Baks"a keçidindən sonra prioritetlərini açıqlayıb. 26 yaşlı müdafiəçi müqaviləsinin başa çatmasına baxmayaraq, əsas məqsədinin mümkün qədər çox oyun qazanmaq olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, o, bu barədə belə danışıb:

"Hazırda bu məsələ məni ciddi narahat etmir. Mənim, məşqçilərimizin və ümumilikdə klubun qarşısında yeni bir başlanğıc var. Müqaviləmin vəziyyəti heç kim üçün yük olmamalıdır. Bu, karyeramda ən böyük məsuliyyətdir. Doğma şəhərimin komandasına keçmişəm. Klub son illərdə bir çox dəyişikliklərdən keçib, yeni məşqçi heyəti gəlib. Hamımız üçün bu, çox önəmli məqamdır. Ola bilər, bir çoxları bizim çox oyun qazanacağımıza inanmır, amma biz tam əksini düşünürük. Məqsədimiz mümkün qədər çox qələbə qazanmaq və ilk gündən burada düzgün mədəniyyət formalaşdırmaqdır".