Avroliqa çərçivəsində “Fənərbağça” ilə matçdan sonra türkləri təhqir edən “Panatinaykos” klubunun prezidenti Dimitris Ciannakopoulosa ağır cəza verilib.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, Avroliqanın Nizam-İntizam Komitəsi 44 yaşlı prezidenti Dmitris Ciannakopoulosu 1 il müddətinə cəzalandırıb.
O, bu müddətdə Avroliqa matçlarını zaldan izləyə bilməyəcək.
Qeyd edək ki, Ciannakopoulos onu təhqir edənlərə İnstaqramda təhqirlə belə cavab vermişdi:
“Basketbol bir idmandır və döyüş deyil. Sizi əmin edirəm ki, ailəm haqqında bir şərh edən olarsa, Türkiyədə onun evinə gələr və onu qanadana qədər…”