Bu gün 3x3 basketbol üzrə qadın millimiz Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Çempionatının 1/4 finalında Almaniya seçməsinə qarşı oyuna çıxıb.
Offsideplus.az xəbər verir ki, millimiz görüşün əvvəllərində hesabda geridə olsa da, daha sonra Brianna Freyserin dominant oyunu sayəsində geridönüş edib rəqibinə 18:16 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, milli komanda yarımfinalda Fransa - ABŞ cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinal və final oyunları 7 iyunda keçiriləcək.


