"Boston Seltiks"in ulduzu Ceyson Tatum uzun bir aradan sonra parketə qayıdıb.

Offsideplus.az xəbər verir ki, onun qayıdışı "Dallas Maveriks"lə oyuna təsadüf edib.

28 yaşlı basketbolçu komandasının 120:100 hesabı ilə gəldiyi oyunda 15 xal, 12 ribaund, 7 assistlə mübarizə aparıb.

"Bu, inanılmaz idi, emosional bir gün idi," – Teytum qələbədən sonra ESPN-ə bildirib. "Zədəli günlərimə bunun xəyalını qururdum və nəhayət baş verdiyi üçün çox xoşbəxtəm. Bunu ailəmlə, komanda yoldaşlarımla və azarkeşlərlə bölüşmək xəyal etdiyim hər şey demək idi".

O, etiraf edib ki, uzun və tənha reabilitasiya dövründə o, hətta geri qayıda biləcəyini belə şübhə altına alıb.

"Çətin oldu," – deyə o əlavə edib. "Çox vaxt özümə şübhə edirdim. Çox gecələri ağlayaraq keçirirdim. Amma hər gün sadəcə bura gəlməyə və əlimdən gələnin ən yaxşısını etməyə çalışırdım. Hələ getməli olduğum uzun bir yol var, lakin bu, mənim üçün çox böyük bir addımdır".