Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bu gün məlum olub.

Offsideplus.az xəbər verir ki, həlledici matçda "Sabah" və "Gəncə" qarşılaşıb. Oyunda Halil Atlının komandası 89:82 hesabı ilə qalib gəlib. 

Görüş Bakı İdman Sarayında baş tutub.

Qeyd edək ki, "Gəncə" ikinci dəfə Azərbaycan Kubokunun qalibi olub.