“Allah eləməsin kimsə bizim düşdüyümüz vəziyyətə düşsün".
Offsideplus.az xəbər verir ki, bunu "Sərhədçi"yə məğlub olduqları matçdan sonra “Lənkəran”nın baş məşqçisi Georgi Kondruseviç deyib:
Belaruslu mütəxəssis matç barəsində bunları da söyləyib:
"Bu gün cəmi 8 nəfər idik. Sabah isə bəlkə də daha az ola bilərik. Zədəli şəkildə oynayan oyunçularımız da var. Bu onların performansına birbaşa təsir edir. Rotasiya demək olar ki, yoxdur. Oyunlara normal hazırlıq isə ümumiyyətlə yoxdur, çünki bunun üçün ən azı 10 oyunçu lazımdır.
Amma biz 3-ə 3 formatında məşq edirik. Buna baxmayaraq, mübarizə aparmağa çalışdıq və buna görə uşaqlara minnətdaram".
Qeyd edək ki, "Lənkəran" B qrupunda 21 xalla sonuncu - altıncı yerdədir.


