"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının (ABL) XVI turunda səfərdə "Şəki"ni məğlub edib.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Erhan Toker 92:85 hesabı ilə başa çatan matç barədə bunları deyib:
"Bu oyunda əsas oyunçumuz Jeyms Freyzer-ə istirahət verdik. Digər oyunçularımız bu görüşdə iştirak etdi və yaxşı mübarizə apardı. Bu sözləri rəqibə də aid edirəm. Oyunun böyük bir hissəsi başa-baş mübarizə şəraitində keçdi.
Bu gün yerli oyunçulara da üstünlük verdik və 2 azərbaycanlı basketbolçu eyni zamanda parket üzərində oldu. Bunu qarşıda bizi gözləyən kubok maçları ilə də əlaqələndirmək olar. Sonda, Şəki səfərindən qələbə ilə qayıtdığımız üçün komanda üzvlərini təbrik edirəm, rəqibə də gözəl oyuna görə minnətdaram".


