Azərbaycan Basketbol Liqası (ABL) XVI turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, bu gün tək qarşılaşma oynanılıb.
Gəncə" NTD-ni qəbul edib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan oyunda bölgə təmsilçisi rəqibini çətinlik çəkmədən məğlubiyyətə uğradıb - 104:85.
Qeyd edək ki, bu iki komanda A qrupunda mübarizə aparır.
"Gəncə" 24 xalla 3-cü, 18 xala malik olan NTD isə 5-ci yerin sahibidir.


