ABL-nin XIV turunda "Sabah" səfərdə "Gəncə"ni 77:101 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Halil Atlı matçdan sonra fikirlərini bölüşüb. O, klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyəti şərh edib:

"Matçla bağlı uzun danışılacaq bir şey yoxdur. Oyundan bu qədər qopduğumuz bir görüşdə istədiklərimizi həyata keçirə bilməməyimiz çox normaldı. Barəsində danışdığımız şeylərdə sadə səhvlərimiz oldu. Oyunun içində yaxşı çıxış etdiyimiz epizodlar da var. Matçı xeyrimizə çevirmək imkanımız çox çətin idi. Komanda olaraq müdafiədən oynayaraq qələbə qazanmağa çalışan kollektivik. Bu gün hücum xəttində etdiyimiz xətalardan dolayı müdafiədə də səhvlər etdik. Oyundan qopmağımızda müdafiədəki əskiklərimiz və səhvlərimiz matçı bu nəticəyə gətirib çıxardı. İndi çox önəmli dövrə keçirik. Üst-üstə iki oyuna çıxacağıq. Biri evdə, digəri səfərdə olacaq. Bu oyunlardan qələbə ilə çıxmaq istəyirik".