Azərbaycan Basketbol Liqasında (ABL) bu gün iki oyun baş tutacaq.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Quba" "Lənkəran"ı qəbul edib.

Quba Olimpiya Kompleksində baş tutan görüşdə ev sahibləri 18 xal fərqi ilə qələbə qazanıb - 86:68.

Günün digər oyununda isə "Sərhədçi" və "Naxçıvan" üz-üzə gələcək.

Bu matç "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.