"Oyunçularım bu gün qəhrəmanlıq etdi".

Offsideplus.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın "Ordu"nu məğlub etdikləri oyundan sonra deyib.

O, sözlərinə belə davam edib:

"Ordu" həqiqətən də güclü komandadır. Həmişə yüksək səviyyədə basketbol oynayırlar.  Bu dəfə biz onların oyununu oxuduq və qalib gəldik.  Son vaxtlar yüksəlişdəyik. Kubokda NTD-ni məğlub etməklə enerji topladıq və bu artıq bizim ardıcıl 3-cü qələbəmizdir. Doğrudur,  bir az sıx təqvimlə üzləşmişik. Ümid edirəm ki, tempi qoruyub saxlayacağıq. Mövsümdə hədəflərimizə gəlincə, mümkün qədər yüksək yerlər tutmaq arzusundayıq. Hazırda 3-cü sırada qərarlaşmışıq və bu ugurlu nəticəni pley-in və pley-offda da davam etdirmək istəyirik"

Qeyd edək ki, "Sumqayıt" cari mövsümdə "Ordu"nu məğlub edən ilk komanda olub.