“Uşaqlar qələbə qazanmaq üçün hər şey etdilər”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sərhədçi”nin baş məşqçisi Anar Sarıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis  “Ordu”ya qarşı keçirdikləri matçı şərh edib:“Pis oyun deyildi. Yaxşı da demək olmaz. Məğlubiyyətə əsas səbəb müdafiədə ribaundları uduzmağımız idi. Bir oyunçu səhv etmirəmsə, 13 ya 14 ribaund aldı bizim səbətdə. Digər tərəfdən xal qazanan rəqib oyunçuları bağlamalı idik ki, az xal atsınlar. Amma onlar xal qazandılar. Bir də çoxlu səhvlərimiz, top itkiləri var idi. Bütün bunlar məğlubiyyətə gətirib çıxardı. “Ordu”nu təbrik edirəm”.

Qeyd edək ki, matç “Ordu”nun 98:82 hesablı qələbəsi ilə yekunlaşıb.