Dallas Mavericks ötən gecə NBA-in müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Texas təmsilçisi Utah Jazz ilə matçdan qələbə ilə ayrılıb - 144:122.
Görüşün ən məhsuldar oyunçusu Kley Tompson olub. O, qarşılaşmanı 26 xalla tamamlayıb.
Kley bu maçtda 6 üçlük ataraq Demian Lillardı geridə qoyub və ən çox üçlük atanların siyahısında 4-cü yerə yüksəlib.
Onun aktivində 2809 belə atış var.
Qeyd edək ki, siyahıya onun keçmiş komanda yoldaşı Stefen Karri başçılıq edir. Karri 4000-ü keçməyi bacaran (4202) yeganə NBA oyunçusudur.


