Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli karyerasını Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, hücumçu "Qarabağ"la anlaşmağa yaxındır.
Mənbənin yazdığına görə, Emreli Ağdam təmsilçisi ilə bütün məsələlərdə razılığa gəlib.
Onunla, həmçinin "Sabah"ın da maraqlandığı bildirilsə də, 27 yaşlı futbolçu sabiq komandasını seçib.
O, 2015-2021-ci illər aralığında Azərbaycan çempionunun formasını geyinib.
Mahirin Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.