"Neftçi" Azərbaycan Premyer Liqasının IV turunda "Keşlə" ilə keçirəcəyi matç ərəfəsində əsas hücumçusunu itirib. 

Offsdeplus.az xəbər verir ki, Baqali Dabo əvəzedici heyətlə oyun zamanı sıradan çıxıb. Hərçənd onun Bakı derbisində meydanı çıxması da mümkündür. Hər şey əzələsi əzilən forvardın özünü necə hiss etməsindən asılıdır.

 Qeyd edək ki, sentyabrın 16-da "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Keşlə" oyunu saat 21:00-da başlayacaq.(fanat.az)