"Zirə"nin yeni transferi Ruan Renato “qartallar”a keçidi haqda fikirlərini bildirib.

Offsideplus.az xəbər verir ki, braziliyalı müdafiəçi İnstaqram səhifəsində bu haqda yazıb:

"Karyeramda yeni dövr başlayır. Özümü çox xoşbəxt hiss edirəm və bu böyük klubu təmsil etmək üçün motivasiyalıyam. Söz verirəm ki, məndə fədakarlıq, iş və mübarizə heç vaxt əskik olmayacaq. Birlikdə bu mövsüm hədəflərimizə çata bilərik. İrəli".

Qeyd edək ki, ötən mövsüm "Qəbələ"də çıxış edən Renato "Zirə"yə azad agent kimi keçib.