Bu gün 23 yaşadək minifutbolçular arasında Dünya çempionatı start götürəcək.

Offsideplus.az xəbər verir ki, Xorvatiyada təşkil olunacaq yarışda 12 komanda iştirak edəcək.

Millimiz ilk görüşündə Serbiya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, yığmamızla eyni qrupda Çexiya və Hindistan da yer alıb.