"Aston Villa" bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir.

Offsideplus.az xəbər verir ki, Birmingen təmsilçisi Çempionlar Liqasının Liqa mərhələsinin 2 turunda qələbə qazanıb. Premyer Liqada isə 7 turdan sonra 14 xal toplayaraq 5-ci pillədə qərarlaşıb.

Komandanın baş məşqçisi Unay Emeri klubun rəsmi saytına bunlarla bağlı açıqlama verib:

“Xoşbəxtəm. Çünki azarkeşlərimizlə birlikdə özümüzü güclü hiss edirik. Hədəflərimizə fokuslanaraq çempionatda və Çempionlar Liqasında yaxşı mübarizə aparırıq. Hədəflərimizə nail olmağa çalışacağıq”.