"Qəbələ" klubunun müdafiəçisi Ruan Renato yayda iş yerini dəyişəcək.

 Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçu "Neftçi"yə keçəcək. 

"Qırmızı-qaralar"la müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaq braziliyalı oyunçu növbəti mövsümdən "Neftçi"nin formasını geyinəcək.

Qeyd edək ki, "sambaçı" 2021-ci ildən "Qəbələ"də top qovur. 

Offsideplus.az