"Qəbələ"dən ayrılan Baqali Dabo klub və azarkeşlərlə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar”ı “Neftçi”yə dəyişən fransalı hücumçu “Qəbələ”yə gələcək qarşılaşmalarda uğurlar arzulayıb və əvvəlki oyunu sərigələyəcəklərinə inandığını bildirib. Dabo “Qəbələ”ni heç vaxt unutmayacağını sosial şəbəkə hesabında qeyd edib.

29 yaşlı futbolçu ötən gün “Neftçi” ilə iki illik müqavilə imzalayıb. O, öncə “Qəbələ” ilə razılıq əldə etdiyini açıqlasa da, sonradan qərarını dəyişib.