“Neftçi” klubunun yeni transferi Eddi İsrafilov "ağ-qaralar"ın rəsmi televiziyasına müsahibə verib.

Offsideplus.az xəbər verir ki, o, uzun müddətdir futbol oynamasa da, İspaniya “Luqo”sunda hazırlıq keçdiyini və bu üzdən fiziki hazırlığının qaydasında olduğunu deyib:

“Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Əslində “Luqo” ilə müqavilə imzalamalıydım. Amma "Neftçi" ilə yaradılan əlaqədən sonra bu komandaya keçmək qərarına gəldim. Hesab edirəm ki, bu, gələcək karyeram üçün yaxşı seçimdir. Burada əsas məqədim bütün oyunlarda özümü yaxşı tərəfdən göstərmək və bacardığım qədər çox titul qazanmaqdır”. 

Müsahibənin videosunu təqdim edirik: