Bu gün Azərbaycan Kubokunda 2021/22 mövsümünün püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayıb.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib. 

Azərbaycan Kuboku

1/8 final

"Qəbələ" - MOİK

"Keşlə" - "Qaradağ Lökbatan"

"Sabah" - "Kəpəz"

"Səbail" - "Zaqatala"

1/4 final

1. "Zirə" - "Zaqatala" / "Səbail"

2. "Sumqayıt" - MOİK / "Qəbələ"

3. "Qarabağ" - "Keşlə" / "Qaradağ Lökbatan"

4. "Neftçi" - "Sabah" / "Kəpəz"

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.