Yuri Maksimov növbəti mövsümdə də "Keşlə"nin sükanı arxasında olacaq. 

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsi yenilənəcək. Artıq 1 illik anlaşma ilə bağlı razılıq əldə olunub. Ölkə kubokunun final oyunundan sonra Maksimov müqaviləyə imza atacaq.

 Qeyd edək ki, "Keşlə" kubokun finalında "Qəbələ" ilə üz-üzə gələcək. Mayın 28-də Qəbələdə keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.(Qol.az)