Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Aərbaycan milli komandası hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Moldovanın U-19 komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində 26-cı dəqiqədə Xəyal Əliyev fərqlənib. Bu komandalar arasında növbəti oyun iyunun 6-da keçiriləcək.

4 iyun

Yoldaşlıq matçı

Moldova - Azərbaycan 1:1

Kişinyov şəhər stadionu

Hakimlər: Jirari Roman, Basiul Anatoli, Luçita Viktor, Bosça İqor