"Beşiktaş"ın üzvü Elmusrati karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, liviyalı vingerlə "Əl-Fateh" maraqlanır. Ərəblər oyunçunu İstanbul klubundan 1 milyon avroya icarəyə götürmək istəyirlər. Daha sonra 7 milyon avro transfer haqqı ödəyəcəklər. 2 milyon da bonus olaraq nəzərdə tutulub.

"Beşiktaş" bu keçidə razılıq vermək haqda düşünür. Lakin komandanın sonuncu pillədə olmasına görə şərtlərdə dəyişikliklərin edilməsini istəyir.

Qeyd edək ki, vinger bu mövsüm 20 qarşılaşmada 2 qol vurub.