"Səbail" futbolçuları Florian Kadriu və Milovan Petrovik ilə vidalaşıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, adıçəkilən futbolçuların başa çatan müqaviləsi yenilənməyib. Klub tərəfindən legionerlərə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Florian 2020-21 mövsümündə 20 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Petrovik isə "dənizçilər"lə 15 oyun keçirib.