Moldova və Azərbaycan yığmaları arasında iyunun 5-də Kişinyov şəhərində keçirilməsi nəzərdə tutulan yoldaşlıq oyununun tarixi dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, Moldova Futbol Federasiyası və AFFA arasında qarşılıqlı razılıq əsasında oyun 1 gün sonra - iyunun 6-da təşkil olunacaq.

Qeyd edək ki, millimiz digər yoldaşlıq oyunlarında mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minsk şəhərində Belarus yığması ilə üz-üzə gələcək.