“Keşlə” klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra keçirilən mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis 1:1 hesabı ilə bitən matç barədə bunları deyib:
"Bəlkə də, bu, bizim üçün bir imtahandır. Bu vəziyyətdən çıxmalıyıq. Klub olaraq çıxış yolları axtarırıq, futbolçular da çox çalışırlar. İk fərqli hissə oldu. Son saniyələrdə qol buraxmaq futbolçulara pis təsir etdi. Çalışacağıq onları bu durumdan çıxaraq. Səfərdən bir xalla qayıtmaq xalsız qayıtmaqdan daha yaxşıdır".
- Komandada qol vurandan sonra arxayınlıq oldumu?
- Xeyr. Futbolçular həddindən artıq istəkli idilər. Bir səhvdən qol buraxdıq.
- Sezar Meza Kollini tez əvəzlədiyinizi düşünmürsüz?
- Meza Kollini çıxarmaq istəmirdim. Ayağında ağrı hiss etdiyi üçün əvəzlənməsini özü istədi.