"Hazırda həyat yoldaşım və uşaqlarımla birgə Bakıdayam".

Bu sözləri Offsideplus.az-a açıqlamasında "Sumqayıt"ın üzvü Əmir Ağayev deyib.

İsrailli futbolçu ölkəsində koronavirusuna görə vəziyyətin yaxşı olmadığını da bildirib:

"Orada hadisələr yaxşı cərəyan eləmir. Heç kim İsrailə daxil ola bilmir. Sərhədlər hamıya bağlanıb. İsraildəki ailəmdən xəbərim var. Anam, atam hamısı yaxşıdır".