Azərbaycan Kubokunun finalında ən çox mübahisəyə səbəb olan epizod 118-ci dəqiqədə yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Sabah" məhz həmin dəqiqədə qurduğu əks-hücumun sonunda "Qarabağ"ın qapısından 3-cü topu keçirərək qələbə qazanıb.
Rəqibin ötürmə anında offsayda olduğunu iddia edən və hakimə sərt etirazını bildirən "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov və futbolçusu Yassin Benzia qırmızı vərəqə ilə cəzalandırılıb
Bu gün mübahisəyə səbəb olan epizodun daha bir rakursdan görüntüləri yayılıb.
Həmin kadrlara diqqətlə baxdıqda ötürmə zamanı "Sabah"ın üzvü Coy-Lens Mikelsin oyundan kənar vəziyyətdə olmadığı təsdiqi tapır. Bu isə hücumun qaydalar çərçivəsində təşkil olunduğunu və hakimlər briqadasının düzgün qərar verdiyini göstərir.
Qeyd edək ki, sözügedən hücumun davamında Tellur Mütəllimov həlledici qol sayəsində "Sabah"a tarixində ilk dəfə Azərbaycan Kubokunu qazandırıb.
Epizodu təqdim edirik: