May ayının 31-də Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək.

Offsideplus.az xəbər verir ki, həlledici matçda "Sabah" və "Qarabağ" komandaları üz-üzə gələcək. Final görüşündən mətbuat konfransları keçirilib.

"Bayquşlar"ın hücumçusu Pavel Şafranko oyunla bağlı fikirlərini bildirib:

"Bizi çox böyük oyun gözləyir. Hər iki komanda üçün maraqlı oyun olacaq. İlk dəfə finalda oynayacağıq. Hər kəsə söz verirəm, əlimizdən gələni dəcəyik ki, kuboka sahib çıxaq".

O, hər kubokun önəmli olduğunu da bildirib:

"Əlbəttə, hər titul önəmlidir. Mən Azərbaycan kubokunu digər titullardan ayırmıram. Hamısı vacibdir".