Mayın 31-də "Qarabağ" və "Sabah" klubları arasında Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan öncə mətbuat konfransı təşkil edilib. 

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə matçla bağlı bunları deyib:

"Bizə qarşı çox yaxşı təşkilatlanmış “Sabah” görəcəyik. Onlar ilk titulunu və avrokuboklara vəsiqə qazanmaq istəyəcəklər. Eyni istək bizdə də var. Biz də kuboklarımızın sayını artırmaq niyyyətindəyik".

Əlavə edək ki, bu görüş Sumqayıtda baş tutacaq. Matç Bakı vaxtı ilə 19:00-da start götürəcək.