Azərbaycan Kubokunun tarixində bu günə qədər keçirilən 30 final qarşılaşmasını tribunalardan ümumilikdə 289 463 tamaşaçı izləyib.

Offsideplus.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, turnirin orta tamaşaçı sayı hər final üçün 9649 nəfər təşkil edir.

Qeyd edək ki, turnirin 34-cü mövsümünün finalı sayca 32-ci həlledici oyun olacaq (2001/02 və 2019/20 mövsümləri tamamlanmayıb). Keçirilən finallardan yalnız biri - 2020/21 mövsümünün həlledici matçı pandemiya səbəbindən azarkeşsiz baş tutub.

Yarışın mütləq rekordu isə 2009/10 mövsümünə təsadüf edir. Həmin vaxt "Bakı" və "Xəzər Lənkəran" arasında baş tutan finalı rekord sayda - 26 000 tamaşaçı izləyib ki, bu da daxili turnirlər tarixində ən yüksək göstərici kimi qalmaqdadır.

Cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Neftçi Arena"da, saat 20:00-da start götürəcək.