İspaniyanın 3-cü liqa təmsilçisi olan “Atletiko Sanluqueno” klubu hücumçu Daniel Quizanın müqaviləsinin müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, 39 yaşlı forvardla müddəti 2021-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
Karyerası ərzində “Malyorka”, “Fənərbağça”, “Xetafe”, “Kadis” kimi klublarda çıxış edən məşhur futbolçu 2017-ci ildən “Atletiko Sanluqueno”dadır.