Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək.
Offsideplus.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarış bu ilin dekabrında baş tutacaq.
Kişilər 9-13, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.
Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr təxirinə təyin edilib.
Qeyd edək ki, idman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu Parisdə keçirilməli idi.