Mesut Özil Azərbaycan Kuboku oyununda iştirak edəcək.

Offsideplus.az xəbər verir ki, türk ulduz I təsnifat mərhələsi üzrə "Şəki Siti" - "Şəmkir" matçında ikinci hissənin başlaması üçün topa toxunuş edəcək. Bu barədə Şəki təmsilçisinin prezidenti Elgün Hüseynov açıqlama verib.

Qeyd edək ki, qarşılaşma 13 oktyabr saat 14:00-da Şəki şəhər stadionunda baş tutacaq.