Formula 1 üzrə "Red Bull" komandasının rəhbərliyində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, 2005-ci ildən komandaya rəhbərlik edən Kristian Hornerlə yollar ayrılıb. Onu "Racing Bulls"un başçısı Loran Mekis əvəz edəcək.

Avstriya təmsilçisi Horner dövründə 8 dəfə pilotlar, 6 dəfə isə Mühəndislər Kubokunda çempion olub.

Əlavə edək ki, "Racing Bulls"da L. Mekisin əvəzinə Alan Permeyn təyinat alıb.