"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-Prisi başa çatıb.
Offsideplus.az xəbər verir ki, podium 3 fərqli komanda qalxıb. "Maklaren"dən Oskar Piastri hamıdan ən sürətli olub və xallarının sayını 99-a çatdıraraq liderliyi ələ keçirib.
"Red Bull" pilotu Maks Verstappen Ciddə Qran-Prisini ikinci yerdə başa vurub. Yarışa pouldan başlamasına və 1 pillə geriləməsinə rəğmən niderlandlı 4 qat dünya çempionu günün sürücüsü seçilib.
"Ferrari"dən Şarl Lekler isə üçüncü olub.