Corc Rasselin Belçika Qran-prisindəki nəticəsi ləğv edilib.

Offsideplus.az xəbər verir ki, buna britaniyalı pilotun bolidinin çəkisinin az gəlməsi səbəb olub. Beləliklə, komanda yoldaşı Lüis Hemilton yarışın qalibi olub. 

Oskar Piastri 2-ci, Şarl Lekler isə üçüncü pilləyə yüksəlib.