Bu gün "Formula 1" üzrə Avstriya Qran-prisi baş tutub.
Offsideplus.az xəbər verir ki, yarışın son dövrələrinə yaxın "Red Bull"dan Maks Ferstappen və "Maklaren"dən Landp Norris arasında birincilik uğrunda mübarizə olub və bolidlər bir-birlərinə toqquşaraq yer itiriblər.
Beləliklə, "Mersedes" komandasının pilotu Corc Rassıl yarışı birinci yerdə başa vurub. Oskar Piastri ikinci, "Ferrari"dən Karlos Saynz isə üçüncü olub.