Aprelin 30-da Bakı şəhər halqasında "Formula 1" üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa tamaşa edirlər.

Əvvəlcə Qran-prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib. Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.