Mixael Şumaxerin ailəsi "Die Aktuelle" nəşrini məhkəməyə verəcək. 

Offsideplus.az xəbər verir ki, buna səbəb alman jurnalının 7 qat dünya çempionu ilə süni intellekt tərəfindən yaradılmış saxta müsahibə yayımlamasıdır. Jurnal üz qabığında 54 yaşlı keçmiş pilotun şəklini  "Mixael Şumaxer - ilk müsahibə!" başlığı altında yerləşdirib. 

Qeyd edək ki, 2013-cü ildə ağır kəllə-beyin travması alan Şumaxer, 2014-cü ilin iyununda komadan çıxıb və hazırda müalicəsi davam etdirilir.