"Formula 1" üzrə "Ferrari" komandasının sabiq komanda rəhbəri Jan Todt əfsanəvi pilot Mixael Şumaxerin səhhəti ilə bağlı sualları cavablandırıb.

Offsideplus.az "Corriere della Sera"ya istinadənxəbər verir ki, Todt 2013-cü ildə xizək edərkən ağır kəllə-beyin travması alan Şumaxer barədə bu sözləri deyib:

"Gəlin, onları rahat buraxaq. Korinna və uşaqlarının məxfiliyinə hörmət edirik. Şumaxerin səhhəti barədə danışanlar heç nə bilmir. Həmişə onu görməyə gedirəm. O və ailəsi mənim ailəmdir".

Qeyd edək ki, hazırda bərpa prosesində olan Şumaxer gəzə bilmir, ünsiyyət qurmaqda çətinlik çəkir.