"Formula 1" üzrə "Alfa Romeo" komandası çinli pilotu Çjou Quanyuy ilə bağlı qərar verib.
Offsideplus.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı sürücü ilə müqavilənin müddəti artırılıb. Çjou ilə yeni sözləşmə 2023-cü ilin sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Çjou Quanyuy 2022-ci ildən "Alfa Romeo" komandasının piltotudur.