Azərbaycan Avtmobil Federasiyasının təşkilati dəstəyi ilə dünyanın ən həyəcanverici drift seriyası Red Bull Car Park Drift 24 sentyabrda ilk dəfə Bakıya gəlir! Azərbaycanın ən yaxşı drifterlərini burada görə bilərsiniz.

Offsideplus.az xəbər verir ki,“Red Bull Car Park Drift”in növbəti dayanacağı bu il Bakı olaraq qərarlaşdırılıb. Böyük tələbatdan sonra, nəhayət, dünyanın ən maraqlı “Car Park Drift” seriyası sentyabr ayında alovlar şəhəri, ikonik Bakı Bulvarında tamaşaçılarla olacaq. 

Drift, avtoidman növləri arasında ən sürətlə yayılanlardan biri olmasına baxmayaraq, hələ də bir çox maşınsevər üçün yenidir. Sürətli maşın səs-küyündən, yəni “Red Bull Car Park Drift”dən qabaq, seriyanın niyə driftinqin ən həyəcanverici yarışlarından olduğunu və digər seriyalardan nə ilə fərqləndiyini qısaca izah edək.

İlin qaçırılmamalı avtoidman yarışı “Red Bull Car Park Drift”də sürücülər xüsusi hazırlanmış maneələrin öhdəsindən gələcək, bir qədər səs-küy salacaq və mümkün qədər çox tüstü çıxaracaqlar. Nəticədə ölkənin ən yaxşı drifteri seçilib Səudiyyə Ərəbistanında keçiriləcək “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təqdim edəcək. 

“Red Bull Car Park Drift” dəli bir yarışdır! Çoxmərtəbəli avtodayanacaqların dar küncləri, beton dirəkləri və dayaqları boyunca hərəkət edən drifterlərdən ilhamlanaraq yaradılmış bu seriya, maneələrlə dolu yerlərdə sürətlə hərəkət etmək, driftinq məharətləri sərgiləmək və “pendulum”, “spiral”, “gate”, “flipper” kimi adlandırılan tapşırıqları yerinə yetirməkdən ibarətdir. İştirakçılar münsifləri heyrətləndirərək mümkün 400 xal üstündən ən yüksək nəticəni əldə etməyə çalışırlar.
Drifterlər, driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkələrindən nə qədər tüstü çıxmasına əsasən də mükafatlandırılır. Hər sürüş “box” adlanılan yerdə başa çatır — burada sürücülər maşınlarını dairəvi şəkildə döndürməli və maneələrlə dolu kiçik dördkünc çərçivənin ətrafında drift etməlidirlər. Əgər sürücülər fırlanar, yanlış istiqamətə sürüklənər və ya maneəyə dəyərsə, xalları azalır. Üç penaltidən sonra oyundan kənarlaşdırılırlar. 

Sürətlə driftinq etməyin mürəkkəbliyi təqdirəlayiqdir.
Maraqlı səslənir? O zaman qeydiyyatdan keçməyə tələs, yerlər sayı məhduddur.

Tədbirin tərəfdaşı: Ams Oil.
Qeydiyyat: REDBULL.AZ/CPD

b9a1b7bf 813a 4c1e 9000 9b32c5fa08c2

97342199 b385 4333 aaf2 7333c712c3f6

0e91863e 7005 4466 b181 5fb6b51bd958

8cf1c6ff fe80 4889 afbb 24e9a40f9b3c copy