Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) növbəti hesabat-seçki konfransı baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyində keçirilib. Konfransda nazir Fərid Qayıbov iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. Ardınca AzVİF son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Müdafiə sənayesi naziri Mədət Quliyev federasiyanın yeni prezidenti seçilib.
O, 2011-ci ildən bu postda çalışan sabiq vergilər naziri Fazil Məmmədovu əvəzləyib.