"Formula 1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin yeni komandası açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı pilot "Hass"a keçib.

O, 2021-ci ildən "Formula 1"də yarışacaq. Mik Şumaxer son olaraq “Prema Racing”in heyətində "Formula 2"də mübarizə aparıb.