Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Şamaxı" "Sabah"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, qapılara 4 qolun vurulduğu görüşdə meydan sahibləri "3-1" hesabı ilə qalib gəlib.
Hesabı 23-cü dəqiqədə Edqar Ədilxanov açıb. 38-ci dəqiqədə "bayquşlar"dan Şafranko oyuna tarazlıq gətirib. 55-ci dəqiədə Pusi, 62-də isə Leroy Mikels bölgə təmsilçisinin qələbə qollarını vurub.