"Qalatasaray" və "Fənərbağça" ulduz futbolçunu heyətinə cəlb etmək üçün mübarizə aparır.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngləri "Çelsi"nin oyunçusu Kristofer Nkukunu transfer etməyə çalışır. Bu barədə "TBR Football" məlumat yayıb.
Futbolçu ilə türklərlə yanaşı "Napoli" və bəzi Bundesliqa klubları da maraqlanır.
Qeyd edək ki, Nkuku 2024/25 mövsümündə 24 matçda meydana çıxıb və 12 qola, 4 məhsuldar ötürməyə imza atıb. İngiltərə təmsilçisi fransalının transferi üçün "Leypziq"ə 60 milyon avro ödəmişdi.