Hakim Ziyeşin "Qalatasaray"dan ayrılmaq səbəbi bəlli olub.

Offsideplus.az xəbər verir ki, futbolçu 250 000 manat dəyərindəki maaşını 4 aydan artıqdır ala bilmir. Bu barədə Mərakeş mediasında məlumat yayılıb.

Eyni zamanda Ziyeşin imza pulunun da bir hissəsini ala bilmədiyi qeyd olunub.

Xatırladaq ki, 2024/25 mövsümündə 11 oyunda meydana çıxan oyunçu ümumi 320 dəqiqə meydanda ola bilib. Bu müddət ərzində 1 məhsuldar ötürməyə imza atıb.